"Azərbaycan millisini qiymətləndirməmək olmaz"

13:13 - 23 Mart 2021

Portuqaliya millisinin sabiq futbolçusu Abel Şavyer DÇ-2022-nin seçmə mərhələsində yığmanın qrupunu dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, o, Portuqaliyanı qrupun favoriti hesab edib:

 

"Portuqaliya millisi qrupun favoritidir və sonadək belə qalmalıdır. Onlar digər komandalardan üstündürlər. Amma rəqiblərin gücündən asılı olmayaraq, hər oyuna eyni şəkildə hazırlaşmaq lazımdı. Meydana hər zaman qələbə qazanmaq üçün çıxmalısan. Portuqaliya millisinin böyük təcrübəsi var. Onların son illərdə qazandığı uğur rəqibləri qorxudur. Düşünürəm ki, bu, normal haldır. Komanda ən yüksək hədəflərə çatmaq üçün hazırkı tempi qorumalıdır. Azərbaycan və Lüksemburq kimi milliləri qiymətləndirməmək olmaz".

Xəbər xətti