Fernandu Santuş: "Daha çox qol vurmağa layiq idik"

02:51 - 25 Mart 2021

“İlk hissədə oyuna nəzarət etdik. Hücumları daha yaxşı qura bilərdik, ancaq qol vurmaq üçün vəziyyətlər yaratdıq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində yığmamıza qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

 

O, görüşdə daha çox qol vurmağa layiq olduqlarını bildirib: "Top itkisinə yaxşı reaksiya verirdik, yığcam idik, topu asanlıqla bərpa edirdik. Son nöqtəni qoymaq baxımından daha dəqiq olmalı idik. Ancaq əsas odur ki, qalib gəldik. Avtoqolla qələbə qazansaq da, bəlkə daha çox qol vurmağa layiq idik”.

 

Təcrübəli mütəxəxssis yığmamızın ikinci hissədə özünə inamının artığını qeyd edib: “İkinci hissədə ötürmələrdə çox səhvə yol verdik. Azərbaycan inanmağa başladı, oynamaq üçün boş mövqelər tapdılar. Onlara 3-4 dəfə qapımıza yaxınlaşmaq imkanı verdik. Joao Feliksin meydana daxil olması oyunumuzu yaxşılaşdırdı. Elə Joao özü son fürsəti qaçırdı. Qələbə qazanmaq çox vacib idi. Bilirdik ki, uzun müddətdən sonra belə oyunlar həmişə çətin olur. Artıq Serbiya haqda düşünəcəyik. Təbii ki, Serbiyaya qarşı oyun fərqli olacaq”.

Xəbər xətti