Portuqaliyalı futbolçu: "Belə oyunlar həmişə çətin olur"

14:36 - 25 Mart 2021

Portuqaliya millisinin futbolçusu Dominquş Duarte DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycana qalib gəldikləri matç (1:0) barədə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 26 müdafiəçi görüşün çətin keçdiyini deyib:

 

"Belə matçlar həmişə çətin olur. Çünki cərimə meydançasında çoxlu futbolçu var idi. Onlar bizim hücum etməyimizi gözləyirdilər və daha sonra əks-hücuma keçirdilər. Bəlkə də ikinci hissədə bu əks-hücumlara yaxşı nəzarət edə bilmədik. Amma əsas olan qalib gəlməyimiz və davam etməyimizdir. Turnirə qələbə ilə başlamaq həmişə çox vacibdir. Növbəti oyunda Serbiya ilə qarşılaşacağıq. Biz bu oyunda da qalib gəlmək istəyirik. Həmişə eyni həvəslə bu yola davam etməliyik".

Xəbər xətti