Portuqaliya millisinin futbolçusu Brunu Fernandeş Azərbaycan yığmasına qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununu şərh edib.
Sportal.az xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən 27 yaşlı yarımmüdafiəçi qələbənin (1:0) önəmli olduğunu bildirib.
“Seçmə mərhələyə qələbə ilə başlamaq çox vacibdir. Nunu Mendeş və Joau Palinyanı yığmada debüt etdikləri üçün təbrik edirəm”.
saytlarin hazirlanmasi