Joau Feliks: "Hədəfimiz Azərbaycana qalib gəlmək idi"

16:27 - 26 Mart 2021

"Azərbaycanla oyunda saysız-hesabsız qol imkanımız oldu. Hədəf qalib gəlmək idi. Buna da nail olduq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin hücumçusu Joao Feliks DÇ-2022-nin Azərbaycana qarşı oyunu (1:0) barədə danışarkən deyib.

 

"Atletiko"lu futbolçu Serbiya ilə martın 27-də keçiriləcək görüşün isə Azərbaycanla matçdan fərqli olacağını  bildirib:

 

"Amma qələbəyə ümid edirik. Rəqib açıq oyuna üstünlük verir. Bu isə bizə məqsədimizə çatmağa kömək edə bilər".

Xəbər xətti