Fernandu Santuş: "Nəzəri olaraq Azərbaycanla oyun asan idi"

12:03 - 27 Mart 2021

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə matçdan əvvəl mətbuat konfransında fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, o, ilk turda Azərbaycanı məğlub etdikləri görüşlə (1:0) də bağlı danışıb:

 

"Qrupun ən çətin matçı Serbiya ilədir? Bilmirəm. Nəzəri olaraq, Azərbaycanla qarşılaşma asan idi, lakin belə olmadı. Əsas olan nəticədir. Serbiya DÇ-2022-yə qatılmaq istəyir. Həm hücumda, həm də müdafiədə necə oynamaq lazım olduğunu yaxşı bilirlər. Hücum etməyə, qol vurmağa istəkli iki komanda qarşılaşacaq. Futbolçularıma inanıram".

 

Portuqaliyanın Serbiya ilə matçı bu gün saat 23:45-də start ötürəcək.

Xəbər xətti