Ronaldonun qolu sayılmadı, kapitanlıq bazubəndini yerə atdı - FOTO

12:04 - 28 Mart 2021

DÇ-2022-nin seçmə mərhələsinin Serbiya – Portuqaliya matçında (2:2) qalmaqallı epizod baş verib.

 

Sportal.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun 90+3-cü dəqiqədə vurduğu zərbə qapı xəttini təmiz keçsə də, hakimlər bu qolu qeydə almayıb. Ronaldo etiraz olaraq, kapitanlıq bazubəndini yerə atıb.

 

Mətbuat konfransında Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş baş hakim Deni Makkelinin epizodun təkrarına baxdıqdan sonra onlardan üzr istədiyini bildirib.

 

ImageImage

Xəbər xətti