Portuqaliyanın baş məşqçisi Lüksemburqu Azərbaycandan üstün saydı

11:35 - 30 Mart 2021

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, o, Azərbaycan və Lüksemburq millilərini müqayisə edib:

 

“Lüksemburq yığmasının Azərbaycanla oxşarlığı yoxdur. Lüksemburq bizimlə qarşılıqlı mübarizə aparacaq. Yaxşı müdafiə olunmağa çalışacaq və keyfiyyətli hücumlar quracaqlar. Lüksemburq böyük potensiala malik yaxşı təşkilatlanmış komandadır. Müdafiə oyunu nümayiş etdirən komanda deyillər. Son illər ən dinamik inkişaf edən yığmalardan olduqlarını İrlandiyanı 1:0 hesabı ilə məğlub etdikləri görüşdə göstərdilər. Bu oyunun çətinliklərini bilirik, ancaq qələbə qazanmağa hazırıq”.

 

Bu gün keçiriləcək Lüksemburq – Portuqaliya matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq. A qrupunun digər oyununda Azərbaycan Serbiyanı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

 

Portuqaliya millisi ilk turda Azərbaycanı 1:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti