2002-ci ildən sonra ilk dəfə Portuqaliya çempionu oldu

02:02 - 12 May 2021

Portuqaliya Premyer Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 32-ci turda evdə "Boavişta"nı 1:0 hesabı ilə məğlub edən "Sportinq" çempionluğunu rəsmiləşdirib. Lissabon təmsilçisi sona 2 tur qalmış 82 xal toplayıb və ən yaxın izləyicisi "Benfika" üçün əlçatmaz olub.

 

Bu, "Sportinq"in 23-cü çempionluğu olub. Paytaxt təmsilçisi sonuncu dəfə 2001/2002 mövsümündə Portuqaliya çempionluğunu qazanmışdı.

Xəbər xətti