Honda Portuqaliya klubuna keçir

12:12 - 23 May 2021

"Neftçi"nin futbolçusu Keysuke Honda karyerasını Portuqaliyada davam etdirə bilər.

 

Sportal.az "A Bola"ya istinadala xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi yeni mövsümdə Premyer Liqa təmsilçisi "Portinmonense"də oynayacaq.

 

Nəşr yazıb ki, 34 yaşlı futbolçu "Neftçi"yə keçməmişdən əvvəl fevralda bu klubdan təklif alıb. Lakin Portuqaliyada transfer qaydalarına uyğun gəlmədiyi üçün bu keçid alınmamışdı.

 

Honda martın 15-i "Neftçi" ilə bu mövsümün sonuna kimi müqavilə imzalamışdı. Onun "ağ-qaralar"dan ayrılacağı dəqiqləşib.

Xəbər xətti