"Mahir sıradan hücumçu deyil" - "Legiya"nın baş məşqçi

"Legiya"nın baş məşqçisi Çeslav Mixneviç komandanın yeni transferi Mahir Emreli haqda danışıb.

 

Sportal.az xəbər verir ki, o, Polşa mətbuatına açıqlamasında Azərbaycan millisinin üzvü ilə bağlı bunları deyib: 

 

"Emreli digər yeni transfer Joel Abu Hanna ilə müqayisədə daha uzun müddətdi bizimlədi.  O, komandaya sürətlə uyğunlaşdı, bir neçə dil bilir və kollektiv də onu qəbul etdi. Oyunu yaxşı oxumağı bacarır, yüksək motivasiyaya malikdi, sürətlidi və yaxşı texnikası var. Mahir sıradan hücumçu deyil”.

 

Azad agent kimi "Legiya"ya keçən Emreli Varşava təmsilçisi ilə 3+1 illik müqavilə imzalayıb.

Tarix: 17 İyun [12:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyul 2021
23  İyul 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio