Avropa çempionatının finalı fərqli məkanda ola bilər

15:36 - 18 İyun 2021

AÇ-2020-nin final oyununun məkanı Londondan Budapeştə dəyişdirilə bilər.

 

Sportal.az "The Times" nəşrinə istinadla xəbər verir ki, İngiltərə koronavirus pandemiyası səbəbindən stadionun daha çox dolmasına zəmanət verə bilməyəcəyi halda, UEFA-nın belə bir qərar verəcəyi ehtimal edilir. Budepeşt isə bu təminatı verir.

 

AÇ-2020-nin Budapeştdəki "Puşkaş Arena"da keçirilən matçlarında stadion tam həcmdə dolur. Londonda isə "Uembli" stadionunun maksimum 22 faizinə tamaşaçı buraxılır.

Xəbər xətti