Dadaşovdan qol və ötürmə

14:46 - 18 İyul 2021

ABŞ birinci liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” evdə “Los Anceles Qalaksi 2” ilə qarşılaşıb və qalib gəlib – 5:0.

 

Start heyətdə meydana çıxan Dadaşov 73-cü dəqiqədə əvəzlənib. Komandasının 2-ci qolunun ötürməsini verən hücumçu növbəti qolu özü vurub. Bu, Dadaşovun yeni mövsümdə 3-cü qoludur.

 

Hazırda 26 xalı olan “Finiks Rayzinq” qərb konfransında liderdir.

Xəbər xətti