"Legiya"nın baş məşqçisi: "Mahir vacib qollar vurur"

16:58 - 21 İyul 2021

"Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Çempionlar Liqasının II təsnifat mərhələsiində Estoniyanın "Flora" klubuna qarşı keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransında fikirlərini bildirib.


Sportal.az xəbər verir ki, o, azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:

 

"Mahir Emreli komandaya tez uyğunlaşdı və özünə yer tapdı. Mahir vacib qollar vurur. Özünü yaxşı tərəfdən göstərə bilib. Bu, önəmlidi".


Qeyd edək ki, "Legiya" - "Flora" matçı saat 23:00-da başlayacaq.

Xəbər xətti