"Legiya"nın baş məşqçisi: "Mahir bunu öyrənməlidi"

16:24 - 22 İyul 2021

"Legiya"nın (Polşa) baş məşqçisi Çeslav Mixneviç Çempionlar Liqasının II təsnifat mərhələsində "Flora" (Estoniya) ilə matçdan (2:1) sonra fikirlərini bildirib.


Sportal.az xəbər verir ki, o, millimizin futbolçusu Mahir Emrelinin oyunu haqda danışıb.

 

"Tomaş Pexart komandaya gec qoşuldu. Emreli və Pexart birlikdə oynamağa öyrəşməlidilər. Onların zamana ehtiyacı var. Bir-birilərinə necə kömək edəcəklərini bilməlidilər. İlk hissədə problemimiz var idi. Çünki bir-birlərindən uzaq oynayırdılar. Pexart daha əvvəl Rafa Lopes ilə 3-5-2 sistemində oynayıb. Bu sistemin necə işlədiyini bilir. Emreli də bunu öyrənməlidi. Bu şeyləri oyun zamanı qavramaq lazımdı. Çünki məşqdə bunun üçün çalışmağa kifayət qədər vaxt olmur".

Xəbər xətti