"Barselona" qapıçısını satır

12:57 - 4 Avqust 2021

“Barselona” qapıçısı Neto ilə yollarını ayırmaq istəyir.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi ehtiyat qapıçısını almaq istəyən olmasa, onu icarəyə verməyə də hazırdı.

 

Mark-Andre ter Ştegenin kölgəsində qalan braziliyalının oynamaq şansı belə yaranmır. “Barselona” rəhbərliyi isə Netonun ehtiyatda oturaraq illik 6,5 milyon avro qazanmasından narazıdı.

 

Məhz buna görə də klub çərçivə qoruyucusunu satmağa hazırlaşır. Braziliyalı kiper üçün artıq “Arsenal” və “Vilyareal” danışıqlara start verib. 

Xəbər xətti