"Arsenal" onu "Roma"ya vermədi

16:54 - 4 Avqust 2021

İsveçrə millisinin kapitanı Qranit Cakaya bir çox klublardan təklif olsa da, o, komandanı tərk etməyib.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi “Arsenal”ın yeni müqaviləsini qəbul edib. 2023-cü ilə qədər müqaviləsi qüvvədə olan Caka “topçular”la daha 2 illik müqaviləyə qol çəkib.

 

O, London klubunda, transfer olmaq istədiyi “Roma” klubunda qazana biləcəyindən də çox qazanacaq. 

Xəbər xətti