"Benfika" Çempionlar Liqasının III təsnifat mərhələsindı Rusiyanın "Spartak" klubunu mübarizədən kənarlaşdırıb.
Sportal.az xəbər verir ki, Lissabon təmsilçisi ukraynalı hücumçusu Roman Yaremçukun şərəfinə tvitter hesabında maraqlı addım atıb. Klubun ingilis dilində idarə edilən hesabının adı "Benficachuk" olaraq dəyişdirilib. Azarkeşlərin böyük marağını və foto tələblərini nəzərə alan admin heyəti bu cür addım atıb.
25 yaşlı hücumçu 2:0 hesabı ilə başa çatan oyunun ilk hissəsinin son saniyələrində qol vursa da, bu, avtoqol kimi qeydə alınıb. "Benfika" Ukrayna millisinin üzvünü bu yay "Gent"dən 17 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi