"Qarabağ" - "Bazel" matçının hakimləri açıqlandı

12:38 - 14 Sentyabr 2021

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk oyununda sentyabrın 16-da saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) oyununun hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək:

 

Baş hakim: Erik Lambrexts
Baş hakimin köməkçiləri: Rien Vanyzere, Jo de Veirdt
Dördüncü hakim: Vim Smet

Xəbər xətti