Millimizin üzvünün komandası adını dəyişdi - FOTO

13:46 - 19 Oktyabr 2021

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Sona Rəhimovanın formasını geyindiyi “Kayseri Gənclərbirliyi”nin adı dəyişib.

Sportal.az xəbər verir ki, millimizin üzvünün komandası bundan sonra “Kayserispor” adı ilə çempionatda çıxış edəcək.

Belə ki, Superliqada çıxış edən "Kayserispor"un kişi komandası bundan sonra qadın futbol komandasına da nəzarət edəcək.

Xatırladaq ki, "Kayserispor" prezidenti Berna Gözbaşı həm də qadın futbol klubunun prezidenti olacaq.

 

Xəbər xətti