"Qarabağ"ın rəqibi milyarderə satıldı

15:50 - 19 Oktyabr 2021

Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Kiprin "Omoniya" klubu İngiltərədə yaşayan milyarder Con Xristoduluya satılıb.

 

Sportal.az xəbər verir ki, kiprli biznesmen hazırkı investor Stavros Papastavruya 28 milyon avro ödəyib. Artıq bu barədə UEFA da məlumatlandırılıb.

 

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının 2-ci turunda “Omoniya”ya 4:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab oyunu noyabrın 25-də Tofik Bəhramov adına Respublika Stadionda keçiriləcək.

Xəbər xətti