"Qarabağ" - "Kayrat" matçına nə qədər bilet satılıb?

16:12 - 19 Oktyabr 2021

"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turunda Qazaxıstanın "Kayrat" klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tuatacaq qarşılaşmaya bilet satısı davam edir. Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, hazırda 10 mindən çox bilet satılıb. 

 

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" görüşü oktyabrın 21-i saat 20:45-də start götürəcək.

Xəbər xətti