"Karyeramı bitirməyə Ronaldo mane oldu"

19:19 - 22 Oktyabr 2021

Yunanıstanın "Apollon" klubunda çıxış edən Portuqaliya millisinin keçmiş üzvü Brunu Alveş açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı müdafiəçi Kriştiano Ronaldonun təkidi ilə karyerasını bitirməkdən imtina etdiyini deyib:

 

"Getmək istəyirdim. Ancaq Ronaldo mənə dedi ki, güzgüdə özünə bax, yaxşı formadasan. Ronaldo mənə "Futbolu çox sevdiyini bilirəm. Heç vaxt geri addım atma", - dedi. Karyeramı bitirmək istədiyim anda Ronaldo fikrimi dəyişdirdi. Dünyanın ən yaxşılarından biri hesab edilən futbolçudan dəstək almaq qürurdur".

 

Alveş bu mövsüm "Apollon"da 5 oyun keçirib.

Xəbər xətti