"Benfika" Umtitidən imtina etdi

21:44 - 10 Noyabr 2021

"Barselona"dan ayrılacağı gözlənilən Samuel Umtitinin yeni klubu müəyyənləşməyib.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü olmuş müdafiəçinin son durumunu araşdıran "Benfika" bu transferdən imtina edib.

 

27 yaşlı futbolçu ilə maraqlanan digər klub isə "Beşiktaş"dır. Umtiti 2016-cı ildə "Lion"dan katalonlara keçib.

Xəbər xətti