"Beşiktaş"la matçda dubl edən forvard rekorda imza atdı

Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Beşiktaş” səfərinə yollanan "Ayaks" İstanbuldan 2:1 hesablı qələbə ilə qayıdıb.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisinin heyətində dubl edən Sebastyen Alle komandasının qələbəsində önəmli rol oynayıb.

27 yaşlı hücumçu bununla da rekorda imza atmış olub. Belə ki, o, ilk dəfə çıxış etdiyi turnirdə meydana çıxdığı 5 matçda 9 qol vuran ilk futbolçu kimi tarixə keçib. 

​Ondan əvvəl isə Erlinq Haaland “Borussiya”nın heyətində 5 matçda 8 dəfə fərqlənmişdi. 

Tarix: 25 Noyabr [11:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio