Orxanın komandası "Şerif"ə darmadağın oldu

10:43 - 29 Noyabr 2021

Moldova çempionatında 19-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” səfərdə “Şerif”lə qarşılaşıb. Matç meydan sahiblərinin 7:0 hesablı qələbəsiylə başa çatıb.

 

Orxan bu görüşün iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

“Dinamo-Avto” 19 turdan sonra 23 xalla 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti