"Bazel" yaxşı komandadı. Onlar Çempionlar Liqasının qrup mərhələsində də oynayıblar. “Qarabağ” da oynayıb bu turnirdə. Amma bu mövsüm komandamızı “Bazel”lə müqayisədə daha hazırlıqlı gördüm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Danilo Dias deyib.
“Qarabağ”da çıxış etmiş braziliyalı Ağdam klubunun bu mövsüm avrokuboklardakı çıxışı barədə danışıb. Onun sözlərinə görə, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu mövsüm avrokuboklarda daha güclü çıxış edir və “Bazel”lə matçda da qələbə qazana bilər:
"Qarabağ"ın daha keyfiyyətli, yaxşı məşqçisi var. Hər zaman “Qarabağ” bu cür vacib matçlara yaxşı konsentrasiya ilə çıxırdı. İnanıram ki, “Bazel”lə matçda da bu cür güclü konsentrasiya olacaq. “Qarabağ”a yaxşı mübarizə və və uğur arzulayıram. Fikrimcə, “Qarabağ” Avropa klubuna qarşı uğur qazana bilər".
"Qoyas", "Maritimo" kimi komandalarda oynamış Danilo 2014-cü ildə "Qarabağ"a keçmişdi.