Evra "Mançester Yunayted" rəhbərliyini tənqid etdi

10:14 - 5 Dekabr 2021

“Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra İngiltərə klubunun rəhbərliyini Ule Qunnar Sulşeri istefaya göndərməsinə görə tənqid edib.

Sportal.az xəbər verir ki, fransalı "qırmızı şeytanlar"ın rəhbərliyi barədə bunları deyib:

"Bu, artıq sirkə çevrilməyə başlayıb. Klub daha neçə məşqçi dəyişəcək? Biz bilmirik ki, Ralf Ranqnik 6 ay burada olacaq, sonra başqası gələcək ya, yox.

Bu, müvəqqəti olan və sonra üç illik müqavilə imzalayan Sulşerlə bağlı baş verdi”.

​​Evra 2006-2014-cü ildə "Mançester Yunayted"də çıxış edib.

Xəbər xətti