Nuriyev oynadı, komandası qazandı

12:06 - 5 Dekabr 2021

Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, “Kolos” “Metallist 1925”lə qarşılaşıb.

Milli komandamızın futbolçusu Anatoli Nuriyevin də formasını geyindiyi “Kolos” səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Nuriyev meydana start heyətində çıxıb və 64-cü dəqiqədə əvəzlənib. 

Hazırda “Kolos” 21 xalla 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti