“Latsio” müdafiəçisi Cordan Lukakunu icarəyə göndərib.
Sportal.az xəbər verir ki, paytaxt klubu belçikalının B seriyasında çıxış edən “Viçentsa”da oynamasına şərait yaradıb.
İcarə müddəti mövsüm sonuna kimi nəzərdə tutulub.
Bu mövsüm Lukaku “Latsio”nun heyətində 1 oyunda belə meydana çıxmayıb.
27 yaşlı futbolçu 2016-cı ildə “Oestende”dən “Latsio”ya keçib. O, indiyə qədər 66 matçda meydana çıxıb və 1 qol vurub.