"Fənərbaxça"nın futbolçusu zədələndi: 2 həftə oynamayacaq

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Mərt Hakan Yandaş zədələnib. Bu barədə "sarı-lacivərtlilər"in mətbuat xidməti məlumat yayıb. Məşq zamanı əzələsindən xəsarət alan 27 yaşlı futbolçu 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Mərt Hakan Yandaş cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 18 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 13 Yanvar [17:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2022
23  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio