"Fənərbaxça" "Ayaks"ın hücumçusu üçün təklif yolladı

20:20 - 22 Yanvar 2022

Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini gücləndirmək üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Ayaks"ın futbolçusu Danilonu heyətinə qatmaq istəyir. "Sarı-lacıvərdlilər" Amsterdam klubunda ehtiyatda qalan braziliyalı oyunçunun keçidi üçün 1,5 milyon avro təklif edib. Niderland klubu bu təklifə hələ ki cavab verməyib.

 

22 yaşlı hücumçu 2017-ci ildə 2 milyon avro qarşılığında "Santos"dan "Ayaks"a keçib.

Xəbər xətti