“Qarabağ” və Azərbaycan millisinin üzvü Qara Qarayev sosial şəbəkədə “Beşiktaş”ın baş məşqçisi ilə fotosunu paylaşıb.
Sportal.az xəbər verir ki, Qarayev “ağ-qaralar”ın çalışdırıcısı Önder Karaveli ilə görüşüb.
Hazırda Türkiyə klubunun baş məşqçisi kimi fəaliyyət göstərən 47 yaşlı mütəxəssis Azərbaycanda çalışıb.
O, 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.
saytlarin hazirlanmasi