Azər Əliyev "Neftçi"də

12:58 - 25 Yanvar 2022

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Rusiyanın "Ufa" klubunun futbolçusu Azər Əliyevlə uzun müddətdi davam edən danışıqlar nəticə verib. Azərbaycan əsilli rusiyalı futbolçu artıq Antalyadadı və Bakıya yeni komandası ilə birgə gələcək. Yaxın zamanda keçid rəsmən açıqlanacaq.

"Yenisey"in yetirməsi olan Azər "Saxalin", "Krılya Sovetov", "Tambov" klublarında çıxış edib. 27 yaşlı cinah oyunçusu bu mövsüm Rusiya Premyer Liqasında 13 oyunda meydanda olub. (FutbolPress)

Xəbər xətti