"Qarabağ"la matçda dubl edən forvard A seriyasına yollanır

16:29 - 26 Yanvar 2022

"Bazel"in hücumçusu Artur Kabral İtaliyaya yollana bilər.

Sportal.az xəbər verir ki, 23 yaşlı forvard "Fiorentina"ya keçidə yaxındı.

Florensiya təmsilçisi braziliyalı hücumçu üçün "Bazel"ə 16 milyon avro təklif etdiyiedib.

Məsələ burasındadır ki, Duşan Vlahoviçi "Yuventus"a satacaq "Fiorentina" rəhbərliyi hücumdakı boşluğu məhz Kabralla doldurmaq istəyir.

​Kabral bu mövsüm "Bazel"in Konfrans Liqasında “Qarabağ”a qarşı İsveçrədə keçirdiyi görüşdə dublla yadda qalmışdı. (3:0)

Xəbər xətti