Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsində bu gün İspaniya ilə keçiriləcək oyunu televiziya vasitəsilə canlı yayımlanacaq.
Sportal.az xəbər verir ki, 2-ci turun görüşü İTV telekanalında nümayiş olunacaq.
Qeyd edək ki, Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Tarix: 26 Yanvar [17:29]
|
|
Müəllif: Sportal.az
|