11 günlük baş məşqçi

18:55 - 26 Yanvar 2022

Türkiyə Super Liqasında növbəti məşqçi ayrılığı gerçəkləşib.

 

Sportal.az xəbər verir ki. "Altay" klubu Mert Nobre ilə yollarını ayırıb. Bu barədə İzmir təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Mert Nobre yanvarın 15-də istefaya göndərilən Mustafa Denizlinin yerinə təyin olunmuşdu. 41 yaşlı mütəxəssis "Altay"ı 3 Super Liqa matçına çıxarıb.

Xəbər xətti