"Olimpiakos" Kaneni Avroliqa üçün sifariş etmədi

11:52 - 4 Fevral 2022

"Olimpiakos" Avropa Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
 

Sportal.az xəbər verir ki, "Atalanta" ilə oyunlara sifariş edilənlər arasında Pirey təmsilçisinin bu qış "Neftçi"dən qaytardığı Mamadu Kane yer almayıb. Siyahıya 3 yeni futoblçunun adı daxil edilib ki, onların arasında qvineyalı yarımmüdaifəçi yoxdu.

 

"Olimpiakos" Kaneni keçən ilin yayında "Neftçi"dən 680 min avro qarşılığında transfer edib. Həmin zaman oyunçu "ağ-qaralar"a icarəyə verilmişdi. Bu qış futbolçusunu qaytaran "Olimpiakos"un onu təcrübə qazanması üçün Yunanıstan təmsilçilərindən birinə göndərəcəyi istisna edilmir.

Xəbər xətti