Xavi: "Nəticə istədiyimiz kimi olmadı"

13:46 - 18 Fevral 2022

"Barseloa"nın baş məşqçisi Xavi Avropa Liqası pley-off mərhələsinin "Napoli" ilə matçından sonra mətbuat konfransında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis qarşılamanın nəticəsindən razı qalmadığını deyib:

 

"Şansları dəyərləndirə bilmədik. Biz 20-dən çox epizod yaratdıq, onlardan 6-sı real qol vəziyyəti idi. Azarkeşlər bütün oyun boyu komandanın arxasında idilər. Amma nəticə istədiyimiz kimi olmadı. Avropa Liqasında mübarizə aparırıq, bu, yoldaşlıq oyunu deyil. Komandanın yaxşılaşmasından çox şadam".

Xəbər xətti