"Barselona"nın futbolçusu Frenki de Yonq Avropa Liqasının 1/8 final mərhələsində baş tutacaq "Qalatasaray"la matç haqda danışıb.
Sportal.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi qarşılaşmanın favoriti olduqlarını bildirib:
"Barselona"da özümü çox rahat hiss edirəm. Tənqidlər məni narahat etmir. İnsanlar hər zaman danışırlar. Bizim yerimiz Çempionlar Liqasıdır. Amma "Qalatasaray" da Çempionlar Liqası səviyyəsində olan qrupdan lider çıxıb. Ona görə də özümüzü yad hiss etməyəcəyik. Biz hər matçda qələbə qazanmaq istəyirik. "Qalatasaray" yaxşı komandadır. Amma evimizdən oynayacağıq və favorit bizik.
Qeyd edək ki, "Barselona" - "Qalatasaray" görüşü sabah Bakı vaxtilə 00:00-da "Kamp Nou"da baş tutacaq.
saytlarin hazirlanmasi