"Qalatasaray" Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Barselona"nın qonağı olacaq.
Sportal.az xəbər verir ki, bu gün İstanbul təmsilçisinin baş məşqçisi Domenek Torrent mətbuat konfransında iştirak edib. 59 yaşlı mütəxəssis növbəti mərhələyə yüksələcəklərinə inandığını bildirib:
"Barselona" hazırda mövsümün onlar üçün ən yaxşı dönəmindədir. Çempionlar Liqasında olsaydılar da, yaxşı çıxış edərdilər. Bəzi dəyişikliklər edəcəyik. "Konyaspor"la matçda da etmişdik. Böyük və keyfiyyətli komandaya qarşı oynayacağıq. Mərhələni keçəcəyimizə inanırıq".
Qeyd edək ki, "Barselona" - "Qalatasaray" görüşü sabah Bakı vaxtilə saat 00:00-da "Kamp Nou" stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi