"Barselona"nın baş məşqçisi Xavi Avropa Liqası 1/8 final mərhələsinin "Qalatasaray"la oyunundan (0:0) sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis nəticənin onlar üçün yaxşı olmadığını bildirib:
"Qalatasaray" komanda şəklində çox yaxşı müdafiə olundu. Xüsusilə də mərkəz müdafiəçiləri və İnaki Pena yaxşı oyun göstərdilər. İstədiyimiz hücumları edə bilmədik və əsas problem də bu idi. Bizim üçün yaxşı nəticə deyil. Amma narahat olmağa əsas yoxdur, əksinə ümidimiz var. İtaliyada etdiyimiz kimi Türkiyəyə də qələbə qazanmağa gedəcəyik".
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 17 mart tarixində İstanbulda baş tutacaq.
saytlarin hazirlanmasi