Avroliqada həftənin ən yaxşısı açıqlandı

19:07 - 11 Mart 2022

UEFA Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Atalanta"nın futbolçusu Luis Fernando Muriel 1-ci olub. 30 yaşlı forvard "Reyncers"dən Ceyms Tavernye, "Lion"dan Antoni Lopeş və "Sevilya"dan Markos Akunyanı qabaqlayıb.

 

Qeyd edk ki, Muriel Avroliqanın 1/8 finalında "Bayer"lə matçda (3:2) 2 qol vurub, 1 qolun ötürməsini verib.

Xəbər xətti