"Barselona" Avropa Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində sabah "Qalatasaray"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, bu gün baş tutan mətbuat konfransında Kataloniya təmsilçisinin baş məşqçisi Xavi fikirlərini bildirib. 42 yaşlı mütəxəssis onları çətin oyun gözlədiyini deyib:
"Sabah bizim üçün final matçıdır. İlk oyundakından istəkli olmalıyıq, daha çox qol vəziyyətlərinə girməliyik. Bu komadanın Avropada mübarizə apara biləcəyini göstərmək istəyirik. Çox çətin oyun olacaq. "Qalatasaray" Avropada hər komanda ilə rəqabət apara bilər, bunu "Kamp Nou"da göstərdilər".
Qeyd edək ki, "Qalatasaray" - "Barselona" matçı sabah Bakı vaxtilə saat 21:45-də "NEF Stadionu"nda baş tutacaq.
saytlarin hazirlanmasi