Avropa Liqası: "Barselona"nın rəqibi məlum oldu - YENİLƏNİB

16:45 - 18 Mart 2022

Avropa Liqasında 1/4 final və yarımfinalın püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, bu mərhələlərdə aşağıdakı komandalar üz-üzə gələcək:

 

Avropa Liqası

1/4 final

"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya)

"Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)

"Vest Hem" (İngiltərə) - "Lion" (Fransa)

"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

 

Yarımfinal

"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) // "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

"Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) // "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)

 

*****

 

Bu gün Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməyəcək və eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər.

1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.

Avropa Liqası
1/4 final


"Leypsiq" (Almaniya)
"Barselona" (İspaniya)
"Atalanta" (İtaliya)
"Braqa" (Portuqaliya)
"Reyncers" (Şotlandiya)
"Vest Hem" (İngiltərə)
"Ayntraxt" (Almaniya)
"Lion" (Fransa)

Xəbər xətti