Türkiyəli müdafiəçi Avroliqada ən yaxşı adına namizəd oldu

11:44 - 18 Mart 2022

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarının ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Vest Hem"dən Tomaş Souçek, "Barselona"dan Pedri, "Atalanta"dan Merih Demiral və "Braqa"dan Abel Ruis namizəd göstərilib.

 

Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən sorğunun nəticəsində aydınlıq gələcək.

Xəbər xətti