"Vest Hem" "Sevilya"nı Avroliqadan kənarlaşdırdı - VİDEO

12:56 - 18 Mart 2022

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Vest Hem" doğma meydanda "Sevilya"nı qəbul edib. Qarşılaşma İngiltərə klubunun 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

İki oyunun nəticəsinə görə 2:1 hesablı üstünlük əldə edən "Vest Hem" 1/4 finala adını yazdırıb.

 

"Vest Hem" - "Sevilya" 2:0

Qollar: Tomaş Souçek, 39, Andrey Yarmolenko, 112

 

Xəbər xətti