Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarının ən yaxşı oyunçusu açıqlanıb.
Sportal.az xəbər verir ki, "Atalanta"nın müdafiəçisi Merih Demiral həftənin ən yaxşısı adına layiq görülüb. 23 yaşlı türkiyəli mərkəz müdafiəçisi UEFA-nın saytında keçirilən sorğuda "Vest Hem"dən Tomaş Souçek, "Barselona"dan Pedri və "Braqa"dan Abel Ruisi qabaqlayıb.
Qeyd edək ki, Merih Demiral "Atalanta"nın Leverkuzen "Bayer"ini 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 90 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi