"Barselona" Avropa Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Ayntraxt"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Kataloniya təmsilçisinin baş məşqçisi Xavi açıqlama verib.42 yaşlı mütəxəssis komandasının yaxşı formada olduğunu deyib:
"Frankfurtda möhtəşəm atmosfer olacağını dedilər. Burada ilk dəfə oynayacağıq. Türkiyədə çox çətin stadionda qələbə qazanmağı bacardıq. Yenə meydanda öz oyunumuzu göstərməyə çalışacağıq. Yaxşı formadayıq, amma sabah tam fərqli bir ssenari ilə qarşılaşa bilərik".
Qeyd edək ki, "Ayntraxt" - "Barselona" görüşü sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi