"Barselona" Avropa Liqasının 1/4 final mərhələsində Almaniyanın "Ayntraxt" klubuna məğlub olaraq (2:3) turnirdə mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, matçdan sonra Kataloniya təmsilçisinin baş məşqçisi Xavi açıqlama verib. 42 yaşlı mütəxəssis ən yaxşı oyunlarını göstərə bilmədiklərini deyib:
"Stadionda olan atmosfer bizə kömək etmədi. Sanki final oyunu idi və tribunalar yarıya bölünmüşdü. Klub nələr baş verdiyini araşdırmalıdır. Bizim üçün xoş olmayan vəziyyətdir.
Ən yaxşı oyunumuzu oynamadıq, ard-arda zərbələr aldıq. Çox böyük məyusluq yaşayırıq. Çünki, bu turnirdə ümidli idik. "Ayntraxt"ı təbrik edirəm, qələbəyə layiq idilər. Topa nəzarət bizdə olmasına rəğmən, məhsuldar deyildik".
saytlarin hazirlanmasi